Saçına həna qoy, başgicəllənməsindən XİLAS OL !




Bəzən müxtəlif səbəblərdən yaranan baş gicəllənmələrindən əziyyət çəkirik. Bununla bağlı çox zaman həkimə müraciət edilməsə də, xalq təbabətinin köməyi ilə müalicə etmək olar.

Sherg.azxəbər verir ki, başgicəllənməsi ayrıca bir xəstəlik deyil, bədəndə baş verən bir sıra nasazlıqların, məsələn, mədənin sallanması, qan təzyiqinin aşağı düşməsi və ya qalxması, yuxusuzluq, ümumi yorğunluq, aclıq, qida zəhərlənməsi, mədə turşuluğunun normadan artıq olması və başqa xəstəliklərin təzahürüdür.

Baş gicəllənməsi keçici hal hesab edilir. Yaşlı adamlarda isə bu hal uzun müddət davam edə bilər. Möhkəm yuxu, sakitlik, təmiz hava müvəqqəti olsa da, baş gicəllənməsinin qarşısını ala bilir. Qadınlar isə başlarına həna qoymaqla başgicəllənməsindən xilas ola bilərlər.