Sadəcə, nitqində problem var

Ramiz Əzizbəylinin vəziyyəti ağır deyil




Xalq artisti Ramiz Əzizbəylinin vəziyyətinin ağır olduğu söylənsə də, həyat yoldaşı Zümrüd Əzizbəyli bu məlumatın yanlış olduğunu söylədi: "Ramiz bəyin vəziyyəti normaldır.

O qədər də ağır deyil. Müalicəsini ev şəraitində həmişəki vəziyyətdə davam etdirir. Ümidimiz Allahadır. Allahın köməyi ilə yaxşı olar. Dərmanlarını qəbul edir. Çox sağ olsunlar, həkimlər də gəlib nəzarət edirlər. Sadəcə, nitqində problemləri var. Danışanda çətinlik çəkir. Başqa hər şey əvvəlki qaydadadır”. Zümrüd xanım bildirib ki, müalicələrinin maddi tərəfini özləri həll edir.

Qeyd edək ki, R.Əzizbəyli 2014-cü il fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Lakin bir neçə aydır ki, Xalq artisti ev şəraitində müalicə olunur.

Tahirə