Şagirdlərin şəhid tamaşası təpki aldı:Milli Təhsil Nazirliyi araşdırmaya başlayıb - FOTO

İbtidai məktəbin müdiri "Varsa qüsurumuz, cəzamızı dövlət kəsər" deyib
Kayseridə  23 Aprel Milli Suverenlik və Uşaq Bayramında ibtidai sinif şagirdlərinin əllərinə götürdükləri oyuncaq silahlarla bir qarşıdurmanı canlandırması və bir şagirdin şəhid rolu ifa edərək üzərinin türk bayrağıyla örtülməsiylə sona çatan nümayişlə əlaqədar Milli Təhsil Nazirliyi araşdırmaya başlayıb. Hadisənin araşdırması üçün müfəttiş vəzifələndirilərkən, ibtidai məktəbin müdiri Ali Çakmak, "Varsa qüsurumuz, cəzamızı dövlət kəsər" deyib.
Türk mediasının məlumatına görə, Mütəxəssislər də uşaqların belə bir nümayişin içində yer almalarını tənqid edib. Mövzunun milli mediada nümayiş olunmasından sonra reaksiyalar artıb, Milli Təhsil Nazirliyi tərəfindən araşdırma başladılıb. El Milli Təhsil Müdirliyi də mövzunun araşdırması üçün müfəttiş vəzifələndirib.
 İbtidai məktəbi müdiri Ali Çakmak isə təpkilərə, "Mövzu ilə əlaqədar şərh etməyə səlahiyyətim yoxdur, amma nümayiş edildi, gəldi, keçdi. Varsa bu qüsurumuz, dövlət cəzamızı kəsər" deməklə kifayətlənib.