"Sahil" bağında repressiya qurbanlarına abidə ucaldılması təklif edilir



Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa Stalin repressiyasının qurbanlarına Bakıda, "Sahil" bağında abidə ucaldılmasını təklif edib.

Sherg.az-ın məlumatına görə, F.Mustafa repressiya qurbanlarının məzarlarının tapılması ilə bağlı yayılan məlumatlardan danışıb: 

"Məzarı aşkarlanan soydaşlarımızin kimliyi ilə bağlı DNT analizi aparılmalıdır. Bu DNT analizi dövlət hesabına aparılmalıdır. Bəzi represiya qurbanlarının nəslindən olan imkanlı şəxslər onların DNT analizini aparır. Lakin bir çoxunun analizi aparılmır. Məsələn, Mikayıl Müşfiqin imkanlı adamı olmadığından DNT analizi aparan yoxdur. Ona görə də təklif edərdim ki, respressiya qurbanlarının kimliyini müəyyən etmək üçün dövlət hesabına DNT analizi aparılsın. Bununla yanaşı düşünürəm ki, repressiya qurbanlarının xatirəsinə abidə ucladılmalıdır. Məsələn bu abidə Bakının mərkəzində "Sahil” bağında ucaldıla bilər”.

Anar