Şahin Mustafayev: “Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə alternativ yoxdur”
16:49 03.06.2021
Arxiv
486
Cənubi Qafqazın gələcəyinə uzun sürən Azərbaycan-Ermənistan münaqişəsinin həlli kontekstində baxmaq lazımdır.
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində keçirilən “Postcovıd dövründə Avrasiya regional əməkdaşlığı” adlı panel müzakirədə çıxışı zamanı bildirib.
“Münaqişənin həlli nəticəsində əvvəllər işğal olunmuş Azərbaycan əraziləri azad olunub. Postmüharibə dövrü regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması və yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün yeni imkanlar açır. Azərbaycan gələcəyə baxır və öz gələcəyini Cənubi Qafqazın vahid inteqrasiya olunmuş regionun bir hissəsi kimi planlaşdırır”, deyə Ş. Mustafayev vurğulayıb.
Azərbaycan baş nazirinin müavini Cənubi Qafqazda nəqliyyat layihələrinin reallaşdırılmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib:
“Mən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci bəyanatlarını xatırlatmaq istəyirəm. Bu bəyanatlara əsasən, regionun bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Hesab edirik ki, bu, bütün Cənubi Qafqaz ölkələrinin, eləcə də yaxın qonşularımızın və tərəfdaşlarımızın - Rusiya, Türkiyə və İranın maraqlarına cavab verir. Hesab edirik ki, Cənubi Qafqaz regionunun nəqliyyat və iqtisadi əlaqələrinin açılması bütün ölkələrə, xüsusilə də Orta Asiya ölkələrinə sərfəli olacaq. Azərbaycan məlum bəyanatların tam icra olunmasına, eləcə də regionda dayanıqlı sülhüm və təhlükəsizliyin təmin olunmasına, postmünaqişə vəziyyətinin normallaşmasına və bütün fikir ayrılıqlarının diplomatik vasitələrlə həllinə sadiqdir. Regionun perspektivli inkişafı üçün əməkdaşlıq və sülhə alternativ yoxdur”.
Ş.Mustafayev Azərbaycanın işğaldan azad olunan ərazilərdə artıq bərpa işlərinə başladığını da bildirib: “Həmin ərazilərdə infrastruktur layihələri həyata keçiririk, avtomobil magistralı tikirik, üç aeroportun inşası nəzərdə tutulub, bunlardan ikisi artıq tikilir, birinin isə tikintisi planlaşdırılır. Azərbaycan hökuməti bu işlərin icra olunması üçün maliyyə daxil olmaqla bütün lazımi resursları ayırıb. Bir daha təkrar etmək istəyirəm ki, Azərbaycan üçtərəfli bəyanatlara regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təminatı kimi baxır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual