Samir Xatirəyə mesaj göndərdi: "Vaxt var idi..."





"Maşın" realiti şounun 11-ci günündə səsverməyə müğənni Samir Cavadzadə çıxıb.
Axşam.az xəbər verir ki, o, tamaşaçılardan özü üçün səs istəyib. Çıxışı zamanı Samir maraqlı açıqlama verib. O, üzünü həmkarı Xatirə İslama tutub və deyib:
"Dostlarımdan böyük dəstək gözləyirəm. Gün ərzində mənə səs göndərməmisiniz, indi göndərin. Buradan üzümü tuturam səsnət yoldaşlarıma, xüsusilə Xatirə İslama. Vaxt var idi, mən səni bu şouda saxladım. İndi səndən həmin dəstəyi gözləyirəm".