Sanksiyalar düşmən ölkəni də vuracaq
10:19 17.11.2018
Arxiv
626
Ermənistanda təhlükəsizlik və sabitlik pozula bilər
İrana qarşı ABŞ sanksiyalarının bərpası regionda rəsmi Tehranla əlaqəsi daha mütəşəkkil olan ölkələrə mənfi təsir göstərəcək. Bu fikir erməni ekspert Karen Veranyana məxsusdur. Məlum olduğu kimi, Azərbaycan tərəfindən blokadaya alınmış Ermənistan sosial-iqtisadi böhran içindədir və İranla ticarət əlaqələrinin kəsilməsi həmin böhranı daha da dərinləşdirəcək. Bu gerçəkliyi nəzərə alan Veranyanın fikrincə, Ermənistanı sanksiyalar qarşılığında böyük iqtisadi təhlükələr gözləyir: "Bu, ilk növbədə, mühəndislik və informasiya texnologiyaları sahəsi üzrə işləyən şirkətlər üçün narahatlıq yaradacaq. İkincisi isə əlbəttə ki, daha çox vacib olan qaz və neft bazarına təsir göstərəcək”.
Ermənistanın gərginləşən vəziyyətini "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı deyib ki, düşmən ölkənin yerləşdiyi coğrafiya, o cümlədən dünya okeanına çıxışının olmaması və ciddi təbii resurslardan məhrum olması ona çətinlik yaradacaq:
"Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyən "Metsamor AES” köhnəlib. Nəticədə Ermənistanın İran və Rusiyadan enerji asılılığı daha da artıb. ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər.
Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan, "Mehri” Azad İqtisadi Zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər.
Nəticədə Ermənistan daha ciddi iqtisadi problemlərlə üzləşə bilər. İrandan ciddi enerji asılılığı olan Ermənistanın rəsmi Moskva tərəfindən qazın bahalaşdırılması ilə qarşı-qarşıya qalması əməlli-başlı ermənilər üçün problem yaradıb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya üçün təhdid amilinə çevrilməkdədir. Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə münasibətlərin yaxşı olduğunu və bundan sonra yüksələn xətt üzrə inkişaf edəcəyini bəyan etsə də, Putinin Paşinyana etimadının olmadığı açıq-aydın hiss olunur.
Tərəflər bunu gizlətməyə çalışsalar da, ictimaiyyətin gözündən yayındırmaq mümkün deyil. Bundan başqa, Türkiyə ilə sərhədlərin bağlanması və diplomatik əlaqələrin yoxluğu, Gürcüstan sərhədi ilə yükdaşımaların çox məhdud səviyyədə olması Ermənistanı regionda iqtisadi cəhətdən daha da təcrid olunmuş vəziyyətə salır. Artıq elə bir durum yaranıb ki, Ermənistan hər tərəfdən blokadaya alınıb”.
Analitik bildirib ki, ABŞ-da Azərbaycana hərbi yardıma qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq yaradıb:
"Qətnamə aradan qalxsa və Amerika silah satmağa başlasa, bu, Ermənistanın marağına uyğun olmayacaq. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Lakin burada hansı ölkənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah ordumuzun gücünü daha da artıracaq. Bütün ermənilər bilirlər ki, Donald Tramp onları görmək belə istəmir.
Çünki ABŞ-dakı erməni lobbisi prezident seçkilərində gizli şəkildə Hillari Klintona həm maddi, həm də mənəvi dəstək veriblər. Digər tərəfdən, ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan "Ay Data”nın rəhbəri Aram Qambaryan bir neçə gün əvvəl Tramp Administrasiyasının 907-ci düzəlişi indi ləğv etmək istədiyini deyib.
Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq. Ancaq hər iki hal Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan üçün ağır nəticələrə aparıb çıxara bilər. Təcavüz müəlliflərini qorxudan bir fakt odur ki, Azərbaycan güclü iqtisadi və hərbi potensiala malikdir. Azərbaycan bütün sahələrdə kasıb Ermənistanı dəfələrlə üstələyir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət