Saxta əlillik təyinatları ləğv edilir: bu şəxslərə pensiya və təqaüdlər verilməyəcək
07:24 13.07.2018
Arxiv
388
Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblının Lent.az-a veridyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd olunan İşçi Qrupun növbəti iclasında diqqətə çatdırıb. Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrupu artıq cari ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatları üzrə araşdırmaya başlayıb.
İclasda S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi sisteminin tam şəffaflaşdırılması, saxta əlillik təyinatlarının qarşısının alınması, eyni zamanda, əlillik təyinatında bir sıra hallarda özünü göstərən subyektivlik və süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini vurğulayıb.
Nazir qeyd edib ki, həmçinin mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə və məmur subyektivliyinə zəmin yaradan boşluqların aşkar edilərək aradan qaldırılması, əlillik təyinatlarında ünvanlılığın təmin olunması məqsədilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na əlavə və dəyişikliklər üzrə təkliflər paketi hazırlanır. Əlillik təyinatının əmək qabiliyyətinin itirilmə faizi əsasında aparılması ilə əlaqədar müasir dünya təcrübəsi öyrənilir və milli səviyyədə tətbiqi məsələləri araşdırılır.
S.Babayev əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində görülən işləri diqqətə çatdırıb. O bildirib ki, mövcud informasiya sistemlərindən və bazalarından istifadə edilməklə müxtəlif araşdırmaların aparılması və əlillik təyinatı üçün göndərilən hər bir xəstəyə dair ən azı 3 illik dövr üzrə xəstəlik tarixçəsinin elektronlaşdırılması, ƏƏSMN-nin bu resursa çıxışının təmin edilməsi istiqamətində birgə fəaliyyət müstəvisində kompleks işlər aparılır.
İclasda "Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”nın tələblərinə uyğun olaraq əlillik üzrə sosial modelin prinsiplərini özündə ehtiva edən "Fərdi reabilitasiya proqramın”ın İşçi Qrupu tərəfindən hazırlanmış layihəsi müzakirə olunub. Daha sonra bərpa və reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə nazir tərəfindən verilmiş tapşırıqların icrası üzrə İşçi Qrupun məruzəsi dinlənilib.
Əlilliyin təyin olunması sahəsində şəffaflığın təmin edilməsi, saxta əlillik təyinatlarının qarşısının alınması, sistemin təkmil əsaslarla qurulması üçün inzibati və sistem xarakterli tədbirlər üzrə görülmüş işlər, hazırlanmış təkliflər ətraflı müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət