SDU-nun yataqxanası yanır, 10 nəfər xəstəxanalıq olub




Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.
Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.
Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.
Hazırda yanğının tam söndürüldüyü bildirilir, hadisənin səbəbləri araşdırılır.
*** 21.39
Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib. APA-nın xəbərinə görə, yanğın yataqxananın üçüncü mərtəbəsində baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Yanğının səbəbi hələlik məlum deyil.