Məsələn, xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur
Səbəbsiz və məntiqsiz poz...
20:55 27.04.2016
Arxiv
1218
Dodaq büzüb, şəkil çəkdirmək psixoloji problemi olan xəstələrdə mütəmadi görünən haldır
Məsələn, xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur
Məsələn, xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur
Gözəl görünmək üçün müxtəlif pozalarda selfi çəkdirmək, artıq bir çox müasir dövrün trendinə ayaq uydurmağa çalışan xanımların, gənc qızların əsas vasitəsinə çevrilib. Qızlar dodaqlarını büzərək çəkdirdikləri şəkillərdə daha gözəl göründüklərini hesab edirlər.
Araşdırmaların nəticəsində məlum olub ki, əsasən son illərdə məşhurluq qazanmağına baxmayaraq, dodağı büzüb çəkdirilən şəkillərə uzaq və yaxın keçmişdə də rast gəlmək olar. Zamanının stil ikonası olan Merlin Manronun fotolarından tutmuş, İkinci Dünya müharibəsinin cazibədar qadın əsgərlərinə kimi bu pozalardan istifadə edənlər az olmayıb.
Maraqlısı odur ki, hər formanın bir mənası olduğu deyilsə də, fotolarında dodaq büzən qızlardan bu pozanın mənasını, niyə belə şəkil çəkdirdiklərini soruşsaq da, heç kim tutarlı cavab verə bilmədi. Belə demək olarsa, xanımlar sadəcə "palaza bürün, elnən sürün” misalına uyub, bu şəkilləri çəkdirirlər. Tibb isə artıq refleks halını alan bu pozanın əslində psixoloji bir problem olan katatonik sindromlu xəstələrdə mütəmadi görülən mimika olduğunu sübut edib.
Katatonik oyanma sindromu səbəbsiz və məntiqsiz formada meydana çıxan, təhrif olunmuş hərəkətlərlə ifadə olunan oyanma halıdır. Oyanma bir sıra hallarda güclənərək impulisiv (qəflətən və mənasız) hərəkətlər şəklində təzahür edir. Xəstələr mənasız gülür, sifətlərini gülünc vəziyyətə salırlar. Çox zaman xəstə başını yastıqdan bir qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə donub qalır. Hər şeyi əksinə edirlər. Məsələn, xəstəyə üst paltarlarını geyinməyi təklif etdikdə alt paltarlarını soyunur, utancaqlıq hissi itmiş olur. Hamının gözü qarşısında çılpaq dayanır, yaxud da ətrafdakı adamlara hücum edirlər. Belə xəstələr cəmiyyətdən təcrid olunmalı və nəzarət altında saxlanılmalıdır. Əks təqdirdə, ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər. Aydın düşüncə fonunda hallüsinasiyalar və sayıqlamalarla müşayiət olunan katatoniya sindromu şizofreniyanın bir forması kimi rast gəlinir.
Aid edilən xəstəlikdən xəbəri olmayan xanımların belə şəkilləri çəkdirməkdə məqsədi isə əsasən öz komplekslərindən qurtulmaq, özünü gözəl göstərməyə çalışmaqdır. Belə ki, onlar dodaqlarını büzdüyü zaman şəkillərdə gözlərinin iri düşdüyünü, yanaq və qaşlarının deformasiyasının itdiyini iddia edirlər. Fotodakı görkəmini bəyənən qadınlar üçün belə çəkdirilən şəkillər daha xoşdur. Lakin çox insan ilk baxışda bu hərəkətin dodaqları şişkin göstərmək və ya təhrik üçün edildiyini düşünür.
Maraqlı mövzu ətrafında fikirlərini "Şərq”ə bölüşən istedadlı gənc xanım, dizayner Rafiqa Erkin gənclərin bu pozada sadəcə özlərini daha gözəl hesab etdiklərini düşünür: "Qızlar dodaqlarını büzəndə ağızları daha kiçik, dodaqları daha toppuş, almacıq sümükləri daha bəlirgin, üzləri daha incə və çənələri daha sivri görünür. Əminəm ki, bu pozalar sadəcə saf niyyətlə istifadə edilir, düşünülənin əksinə heç kim bunu hansısa seksual çağırış məqsədi ilə etmir”.
Bir çox yenilikləri Avropa mədəniyyətindən nümunə olaraq götürürük. Bu addımın tarixi də maraqlıdır. Rafiqa Erkin pozaların fotoaparatın vətənindən qaynaqlandığını düşünür: "Əslində dodaq büzmək, sosial şəbəkələrdə dublyaj videoları, fotoşop və ya effekt verilmiş şəkilləri yayımlamaq düşünüldüyü qədər kreativ addımlar deyil. Mən bunlara normal baxıram. Lakin ifrat dərəcədə gənclərin bu cür addımlara meyl etməsinin tərəfdarı deyiləm. Rəngarəng, fərqli pozada şəkilləri və dublyajları paylaşmaq olar, baxır necə”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual