SƏFİR: "2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi cinayətdir"
14:12 05.07.2017
Arxiv
371
"Son hadisədə bir uşağın ölümü bizi daha çox təəssüfləndirir, bu, cinayətdir".
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə erməni silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində nənə və nəvənin ölümünə münasibət bildirərkən deyib.
Səfir bildirib ki, bu cür hadisələr Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir: "Azərbaycan dost, qardaş dövlətdir. Biz baş verən bu hadisəyə çox təəssüflənirik. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir".
C. Cahangirzadə bildirib ki, İran Heydər Əliyevin hakimiyyəti dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox çalışıb, amma bu, mümkün olmayıb: "İran münaqişənin siyasi yolla həllinə tərəfdardır. Regionda müharibə hər bir ölkənin vətəndaşlarının əleyhinədir. Region sülh, sabitlik olan zaman, xarici qüvvələr müdaxilə etməyəndə çiçəklənə bilər. Sabah minlərlə uşaq ölə, minlərlə qadın ərsiz qala bilər. Ona görə də ATƏT-in Minsk Qrupu üzərinə götürdüyü missiyanı yerinə yetirməlidir. İran hər zaman münaqişənin həllinə töhfə verməyə hazırdır".
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya