Səfirlik: Dağıstanda saxlanılan azərbaycanlıların hamısı sərbəst buraxılıb
16:17 13.02.2017
Arxiv
436
Bəzi Azərbaycan KİV-də yayılmış məlumata əsasən, güya Dağıstan Respublikasının Federal Miqrasiya xidməti idarəsi tərəfindən 300-dən artıq azərbaycanlı saxlanılıb.
Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata gorə, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi Rusiya Federasiyasının aidiyyatı qurumlarına müraciət edib.
Dağıstan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına görə, həqiqətən də cari ilin 9 fevral tarixində Dağıstan Respublikasının Federal Miqrasiya Xidməti Dərbənd şəhərindəki tikinti obyektlərində həyata keçirdiyi reydlər nəticəsində Rusiya ərazisində yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazələri olmayan 185 nəfər saxlanılıb.
Saxlanılan şəxslərin sayı çox olduğundan, onlar lazımi yoxlama müddətinə idman zalında yerləşdiriliblər. Fevralın 10-da zəruri rəsmiyyət və müvafiq prosedurlar aparıldıqdan sonra bütün saxlanılanlar sərbəst buraxılıblar.
Bu gün saat 16:00-da "Dərbənd şəhəri” şəhər dairəsinin başçısı Maliq Baqliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə telefon danışığı zamanı yuxarıda qeyd olunan məlumatı şəxsən təsdiq edib. Həmçinin, o vurğulayıb ki, hazırda Dərbənddə saxlanılmış bir Azərbaycan Respublikasının vətəndaşı belə yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət