Səhər oyandı və belə toyuq yumurtasına inana bilmədi





Türkiyədə Osmanıyanın Kadrlı qəsəbəsində qum saatı şəklini xatırladan toyuq yumurtası görənləri təəccübləndirir. Xardallıq kəndində yaşayan Osman Akkoca adlı kəndli, evində bəslədiyi toyuqlardan hər səhər yumurtalarını götürərkən maraqlı bir yumurtaya rast gəlir. Normal yumurtalardan daha kiçik olan və bir qum saatını xatırladan yumurtanı görən Osman Akkoca yumurtanı götürərək əvvəl kəndlilərə, sonra da qəsəbəyə gələrək yoldaşlarına göstərdi. Yumurtanı cibində saxlayan və qırılmasın deyə ona göz bəbəyi kimi baxan Osman Akkoca, "Mən kənddə yaşayıram. Bu səbəbdən kənddə toyuqlarımız var. Toyuqların yumurtalarını hər səhər toplayıram. Bu gün də belə bir yumurtaya rast gəldim. Mənə çox qəribə gəldi. Həyatımda əvvəllər belə bir yumurta görməmişdim. Yumurtanı yoldaşlarıma göstərirəm, onlar da təəccüblənir. Xarici sərtliyi normal yumurtadan fərqi deyil, ancaq görüntüsü çox fərqlidir. Yumurtanı qırıb yeməyi düşünmürəm. Onu saxlaya bildiyim qədər saxlayacağam" deyə danışır.