"Şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlərə qayğı yüksək səviyyədədir" - Deputat
15:30 26.12.2018
Arxiv
456
Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi baş tutub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Cənab Prezident tədbirdə çıxışı zamanı qeyd edib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır və son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılıb.
Ölkə başçısının fikirlərində çox böyük həqiqət payının olduğunu söyləyən millət vəkili Rauf Əliyev "Sherg.az”a bildirib ki, cənab Prezidentin şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı atdığı addımlarına münasibəti çox müsbətdir:
"1990-cı illərdə bizim 1milyon qaçqınımız olanda bu statistikaya görə dünyada birinci idik. Hazırda dünyada baş verən proseslər qloballaşıb, imiqrantlar olub. Avropaya 1 milyon immiqrant gələndə buna dözmədilər.
Amma indi Azərbaycanda 1 milyondan çox qardaş, bacımız qaçqın kimi yaşayır. Həqiqətən də onlara cənab Prezidentin qayğısı yüksək səviyyədədir. İlham Əliyev Prezident seçiləndə xalqa söz verdi ki, Azərbaycanda bir dənə də palatka şəhərciyi qalmayacaq.
Doğrundan da cənab Prezident sözünün üstündə durdu. Hazırda bu istiqamətdə yeni-yeni şəhərciklər tikilib. Son olaraq Abşeronda inşa olunan şəhərcik buna nümunədir. Ümumiyyətlə, dövlət tərəfindən qaçqınlara yalnız mən zil verilməyib. Onlara bağça, məktəb, idman meydaçası və müəyyən sosial məsələlər, məişət problemi kimi sahələrdə qayğı göstərilib. Düzdür, müəyyən problemlər hələ də qalır. Amma bunlar yaxın gələcəkdə tamam aradan qaldırılacaq. Çünki bu sahədə mərhələli şəkildə işlər gedir.
Cənab Prezidentin qaçqın və məcburi köçkünlərə diqqəti yüksək səviyyədədir. Hazırda dövlətin diqqəti yalnız bu yöndə deyil. Əsas istəyimiz Azərbaycanın hər yerində insanların, xalqın rahat yaşamasıdır. Bunun üçün hökumət tərəfindən bir sıra addımlar atılıb Müxtəlif layihələr həyata keçirilib. Bu gün Azərbaycanın ən ucqar kəndində belə insanların bütün ehtiyacları qarşılanır.
Onlar işıq, su, qaz sistemi ilə təmin edilib. Ölkənin bütün regionları inkişaf edir. Bu istiqamətdə işlər siyasi məsələlərdə də aparılır. Gündən-günə Azərbaycanın dünya ölkələri içərisində nüfuzu artır. Bir sıra beynəlxalq layihələrə qoşuluruq. Bu gün hansı postsovet ölkəsi Avropanın layihələrində iştirak edir ? Amma cənab Prezident bunların hamısına nail olub".
Deputatın fikrincə, ölkə başçısının qaçqınlara diqqəti hər kəsə nümumə olmalıdır:
"Bütün insanlar onlara yardım etməlidir. Hazırda həm cənab Prezidentin, həm də Birinci vitse -prezident Mehriban xanım Əliyevanın xalqa qayğısı, yardımı hər ötən gün genişlənir. Hər kəs razılıq ifadə edir. Bu addımlarına görə, həm ölkə başçısına, həm də Birinci vitse -prezidentə minnətdarlığımı bildirirəm. Bizim ən ali məqsədimiz Qarabağın geri qaytarılması, bayrağımızın orada ucaldılması və bütün qaçqınların öz evlərinə qayıtmasıdır. İnanıram ki, o günlər uzaqda deyil ”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm