Şəhid Fuad Qafarov bu gün dəfn ediləcək

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub


Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.



Ermənistanın təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş Fuad Qafarov bu gün dəfn ediləcək.
APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Niyazoba kənd sakini 1988-ci il təvəllüdlü F. Qafarov anadan olduğu kənddə dəfn ediləcək.