Şəhid məzarları fərqlənəcək
21:35 28.04.2016
Arxiv
675
“Yaxşı olar ki, bayrağımız şəhidlərimizin başdaşı üzərində həkk olunsun”
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, şəhid məzarlarının üzərində və ya yanında Azərbaycan bayrağının qoyulması təklifi nəzərdən keçirilir.
Türkiyədə, Amerikada şəhid məzarlarının üzərində xüsusi emblemlər olduğunu deyən millət vəkili aprel döyüşlərindən sonra şəhid məzarlarının digərlərindən fərqlənməsi ilə bağlı müraciətlər edildiyini vurğulayıb:
"Türkiyədə şəhid qəbirləri aypara işarəsi ilə digərlərindən seçilir. Bizə də təkliflər gəldi ki, qəbrin üstündə bayraq şəkli və ya qəbrin yanında bayraq ucaldılsın. Qanunda bütün bunlar var. Yerdə qalan məsələlər Müdafiə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və yerli icra hakimiyyətlərinə həvalə olunur. Zərurət yarandığı halda isə Nazirlər Kabineti bununla bağlı tövsiyə və tapşırıqlarını verə bilər. Bu baxımdan şəhid adının əbədiləşdirilməsi qanunda tam olaraq öz əksini tapıb. Digər strukturlar bunun hansı formada olmasını müəyyənləşdirməlidir”.
Şəhid məzarlarının fərqləndirilməsi ilə bağlı müraciəti kifayət qədər uğurlu hesab edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, əslində, üzərində xüsusi emblem olmasa belə, şəhid məzarları digərlərindən hər zaman fərqlənir: "Bəzi hallarda isə ümumi qəbiristanlıqlarda dəfn olunan şəhidlərimizin məzarı üzərində kiçik bayraqlar sancılır. Amma bu prosesin qanunla tənzimlənməsinin və bütün şəhid məzarlarına şamil edilməsinin tərəfdarıyam. Yaxşı olar ki, bayrağımız şəhidlərimizin başdaşı üzərində həkk olunsun. Qəbrin yanında bayraq ucaltmaq daimi deyil. Köhnəldiyi zaman onu dəyişmək və daimi olaraq nəzarət etmək real görünmür. Bayrağımız nəzərə çarpacaq dərəcədə şəhidlərimizin daşı üzərinə döyülsə, daha uzunömürlü olar. Hesab edirəm ki, bu emblemlər təkcə apreldə şəhid olan əsgərlərimizin yox, bütün şəhidlərimizin məzar daşında olmalıdır”. A.Nağının sözlərinə görə, bayraqdan əlavə şəhidləri andıracaq başqa bir emblem də fikirləşib tapmaq olar. Eyni zamanda, Müdafiə Nazirliyinin emblemini də məzar daşı üzərinə əlavə eləmək olar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial