Səhiyyə Nazirliyi: Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir
17:14 09.01.2019
Arxiv
409
Azərbaycanda səpkili xəstəliklərə nəzarət edilir və bu günə qədər götürülən nümunələrdə qızılca və məxmərəyə yoluxma halları olmayıb.
Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, qızılca və məxmərək xəstəlikləri yalnız laborator müayinələr əsasında təsdiq olunmalıdır:
"Hər hansı allergik səpkiyə "qızılca" demək olmaz. Biz daim səpkili xəstələrin laborator müayinəsinin aparılması, diaqnozun düzgün qoyulması üçün onlardan qan nümunəsi götürürük. Laborator müayinələr Taun Əleyhinə Stansiyada aparılır. Bu günə qədər həmin müayinə materaillarında qızılca və məxmərək virusları aşkarlanmayıb. Həmin müayinə materailları Moskvanın referens laboratoriyasına da göndərilir. Bununla da bizim laboratoriyamızın nəticələri və Azərbaycanda bu xəstəliklərin olmadığı təsdiqlənir”.
A.Əliyeva qeyd edib ki, Azərbaycan 2015-ci ildən qızılca, məxmərək xəstəliklərinin tam eliminasiya (ləğv edilmə) olunduğu ölkələr sırasındadır:
"Azərbaycanda nə yerli yoluxma, nə də gətirilmə halı yoxdur. Hazırda vəziyyət tam sabitdir, ölkədə bu viruslara bir yoluxma hadisəsi belə qeydə alınmayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm