Sekuta: “Həmsədrlərin əsas məqsədi Vyanada əldə olunan irəliləyişi inkişaf etdirməkdir”






 "Həmsədrlərin əsas məqsədi Vyanada əldə olunan irəliləyişi daha da inkişaf etdirməkdir, habelə hərtərəfli sülh sazişi üzrə danışıqlara nail olmaqdır".
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dağlıq Qarabağ üzrə danışıqları şərh edərkən deyib.
Ötən gün həmsədrlərin Brüsseldə Elmar Məmmədyarovla görüşdüyünü xatırladan səfir vasitəçilərin sabah Ermənistan xarici işlər naziri ilə görüşəcəyini əlavə edib.