Səməd Seyidov: "İşğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır"
09:30 28.11.2016
Arxiv
333
“Bu gün beynəlxalq cinayət məhkəməsinə müraciət edib, ədalət axtarmaq çox çətin məsələdir”
"Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”.
APA-nın məlumatına görə, bunu "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov deyib. O xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: "Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var! Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”.
S. Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: "Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya