
Şəmsəddin Hacıyev seçicilərini tanımadı
21:48 04.03.2016
Arxiv
748
Şikayətçiləri onun yerinə Aydın Mirzəzadə qəbul edib

Ötən gün bir neçə vətəndaş problemlərini yaşadıqları rayonlardan seçilmiş millət vəkillərinə çatdırmaq üçün Milli Məclisin qarşısına toplaşıb.
Badamdar sakini olduğunu deyən Sevda adlı vətəndaş bildirdi ki, torpaq sahəsi ilə bağlı problem var:
"Əmlakım olan torpaq sahəsini bir nəfər dələduzluqla öz adına sənədləşdirib. Hansı orqana gedirəm, problemimi dinləyən yoxdur. Məhkəməyə müraciət etdim, amma əleyhimizə qərar çıxardılar. Dairəmizdən deputat olan Şəmsəddin (millət vəkili Şəmsəddin Hacıyev - red ) müəllimlə görüşmək istəyirəm. Bir neçə dəfə qəbuluna yazılmışam, amma fürsət düşməyib. Qəbul günlərində zaman çatmır, dərdimi deməyə. Bu gün parlamentin iclası olduğuna görə, gəldim ki, bura problemimi deputatıma deyim. Namizəd olan vaxt, görüşlərdə deyirdi, vətəndaşın problemi, mənim problemimdi. İndi biz problemimizin həllinə yardım etməyini istəyirik”.
Digər bir vətəndaş isə, qaz sayğacı ilə bağlı probleminin olduğunu bildirdi: "Mən Nərimanov rayonunda yaşayıram. 4 il əvvəl ev aldım, köçdük ailəmlə yeni mənzilimizə. Vaxtlı-vaxtında da kommunal xidmətlərin ödənişini edirəm. Bu günlərdə qaz idarəsindən gəlib bildiriblər ki, sənin
hamamının "kalonka”sının işlətdiyi qazı sayğac yazmır. Sən demə, məndən əvvəlki ev sahibi, "kalonka”ya gedən qazı ayrı xəttdən oğurluq çəkib. Bundan mənim xəbərim yoxdur. İndi üzə çıxıb məsələ. Amma mənə külli miqdarda cərimə yazılıb. Deputatımıza müraciət etmək istəyirdim. Amma burda görə bilmədim”.
Milli Məclisin mühafizəçiləri ilə vətəndaşlar arasında yaşanan söz dueli zamanı millət vəkili Aydın Mirzəzadə onlara yaxınlaşıb problemlərini dinlədi, müəyyən köməklik göstərəcəyinə söz verib, parlament mühafizəçilərinin müşayiəti ilə, iclasa getdi. A.Mirzəzadə vətəndaşları dinlədiyi zaman, deputat Şəmsəddin Hacıyev onların yaxınlıqlarından keçsə də, insanların toplaşmasına fikir vermədən, binaya getdi.
Bundan sonra Milli Məclis mühafizəçilərinin istəyi ilə, şikayətçi vətəndaşlar, binanın qarşısından uzaqlaşdılar.
Şikayətçiləri dinləyən deputat A.Mirzəzadə əməkdaşımıza bildirdi ki, hərəsinin bir problemi var: "Birinin problemi torpaqdı, birininki məhkəmədir, birininki kommunaldır və s. Onlar mənim vəkil olduğum dairədən deyildilər. Sadəcə narazılıqlarını dinləmək üçün yaxınlaşdım. Biz millət vəkiliyiksə, seçki dairəsindən asılı olmayaraq, problemlərini dinləməliyik. Mən də onlara qulaq asdım. Millət vəkillərinin qəbuluna yazılmaqlarını tövsiyə etdim. Bəzilərinə köməklik göstərəcəyimi dedim. Heç bir problem yoxdur. Bunu şişirtmək lazım deyil”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou