Sərhəd komissarları institutunun yaradılması ağıllı qərardır
20:31 02.03.2017
Arxiv
736
Çünki ermənilərin törədəcəyi hansısa təxribat Azərbaycan-Gürcüstan arasında gərginlik ocağı yarada bilər
Gürcüstan və Azərbaycan arasında sərhəd komissarları institutu yaradılacaq. Bu barədə məlumat Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yer alıb. Məlumata görə, belə bir qərar Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili və Dövlət Sərhəd Xidmətinin başçısı, general-polkovnik Elçin Quliyevin Tbilisidəki görüşü zamanı qəbul edilib.
Deyilənə görə, sərhəd komissarları institutu iki ölkənin sərhəd idarələrinin nümayəndələrinin daxil olduğu bir orqan olacaq. İnstitutun məqsədi isə dövlət sərhədi üzərində nəzarəti daha da artırmaq, sərhəddə baş verən hadisələri araşdırmaq və tərəflər arasında əməkdaşlığı dərinləşdirməkdir. Anlaşma öz növbəsində ölkələrin təhlükəsizliyini də təmin edəcək.
Qərarla bağlı "Şərq”ə açıqlama verən Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, siyasi ekspert Cümşüd Nuriyev bunun dövlət əhəmiyyətli bir məsələ olduğunu deyib:
"Azərbaycan Gürcüstan sərhəddi Alazan çayı boyuncadır. Çay tez-tez öz yatağını dəyişdiyinə görə, ərazilərimizlə bağlı müəyyən iddialar gündəmə gəlir. Bilirsiz ki, Gürcüstanla sərhədə yaxın bir neçə erməni kəndi də var. Onlar hər fürsətdə təxribatlara əl atırlar. Bu baxımdan hər iki tərəf çox ağıllı bir qərar verib. Çünki ermənilərin törədəcəyi hansısa təxribat Azərbaycan-Gürcüstan arasında gərginlik ocağı yarada bilər. Eyni zamanda sərhədlərin qorunması, birgə mühafizəsi narko-trafikin də qarşısını alacaq. Bununla yanaşı, sərhədlərlə bağlı mövcud olan anlaşılmazlıqlar aradan qaldırılacaq. Gürcüstanda kifayət qədər soydaşımız yaşayır. O cümlədən Azərbaycanın Qax bölgəsində gürcü kəndləri var. Fikrimcə, əldə edilən razılaşma iki ölkə vətəndaşlarının rahat gediş-gəlişinə müsbət təsir göstərəcək. Çox güman ki, Sərhəd Xidməti ilə yanaşı, Dövlət Gömrük Komitəsi də prosesdə iştirak edəcək. Hər iki tərəf üçün sərfəlidir, uğurlar arzu edirəm”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya