Serj Sarkisyan indi də hökuməti istefaya göndərir





Serj Sarkisyan yaxın günlərdə Ermənistan hökumətini istefaya göndərə bilər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "Joxovurd” qəzeti yayıb.

Qəzet S.Sarkisyanın baş nazir Ovik Abramyanın yerinə Prezident Aparatının rəhbəri Vigen Sərkisyanı gətirmək istədiyini bildirib: "Dördgünlük müharibəyə qədər hökumətin tərkibinin payız ayına qədər dəyişdirilməsi gözlənilirdi. Lakin ölkədə yaranmış yeni situasiya bu prosesləri tezləşdirib”.
Qeyd edək ki, S.Sarkisyan dünən üç generalı vəzifəsindən azad edib.