Sərnişinlər də yeni avtobusların qədrini bilməlidir
07:27 10.08.2018
Arxiv
682
Dövlətin nəqliyyat sahəsində gördüyü tədbirlər olduqca müsbətdir
Son zamanlar ölkənin əsas strukturu olan nəqliyyat sahəsinə xüsusi diqqət ayrılır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etmək və nəqliyyat sistemini daha da inkişaf etdirməkdir.
Nəqliyyat sahəsindəki müsbət yeniliklərlə bağlı "Şərq”ə danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, dünyanın heç bir ölkəsində dövlət nəqliyyata əsaslı şəkildə vəsait qoymur:
"Ölkəmizdəki "Baku Bus” avtobusları çox gözəl və müasir standartlara cavab verir. Ümumiyyətlə, nəqliyyat sistemi, yol nəqliyyatı mədəniyyəti geniş diapazonlu, əhatəli bir sistemdir. Sürücülər, sərnişinlər, piyadalar, sahibkarların hamısı məsləyə elə yanaşmalıdır ki, yol-nəqliyyat mədəniyyətində maddi tərəf yaxşılaşdıqca mənəvi, ruhi tərəf də yaxşılaşsın.
Yol-nəqliyyat mədəniyyəti iki qoldan ibarətdir. Bunlardan biri maddi istehsaldır, yəni dövlətin, sahibkarların yol infrastrukturunda yüksək standartları yaratmağıdır. Bura nəqliyyat vasitələri, yollar, müəyyən nəqliyyat kompleksləri daxildir. Bütün bunlar dövlətimiz tərəfindən yüksək səviyyədə yerinə yetirilir. Elə ölkələr var ki, bizim nəqliyyat sisteminin inkişaf səviyyəsindən çox geridə qalırlar. Ölkəmizdə yol infrastrukturunun səviyyəsi olduqca yüksəkdir. Sərnişinlər, sürücülər, və sahibkarlar nəqliyyat vasitəsinə uyğun olmalıdır.
Yüksək səviyyəli nəqliyyat vasitəsində gedərkən qaydalara əməl etməmək, oturacaqları korlamaq bizim özümüzdən asılıdır. Eyni zamanda nəqliyyat sahəsində maarifləndirmə elə aparılmalıdır ki, nəqliyyatdan istifadə edənlər onun qədrini bilsinlər. Yəni ki, yüksək səviyyəli avtobuslar alıb onu istifadə etməklə iş düzəlmir. Çünki avtobuslar dinamiki olaraq insanlarla kütləvi şəkildə işləyirlər. Sərnişinlər də avtobuslardan səmərəli şəkildə istifadə etməkdən ötrü məsələyə müəyyən qədər qayğı ilə yanaşmalı, avtobuslarla öz malları kimi davranmalıdır. Təəssüf ki, bu anlayış yoxdur. Sərnişinlər düşünür ki, 30 qəpik verməklə mütləq kondisionerli avtobuslarda getməlidir. Amma elə deyil, çünki bəzən kondisionerli avtobusların da qədrini bilmirlər.
Düşünürəm ki, "Baku Bus”ların BNA-nın tərkibinə verilməsi nəqliyyat sahəsindəki mədəniyyətin inkişafı üçün gözəldir. Amma yaxşı olardı ki, BNA müəyyən proqram hazırlasın və bu proqram vacib olan məsələləri ilk olaraq yerinə yetirsin. Dövlətin nəqliyyat sahəsində gördüyü tədbirlər olduqca müsbətdir. Bu zaman sahibkarlar da rəqabət əsnasında hiss edəcəklər ki, "Baku Bus” avtobusları yüksək standartlara malikdir və çalışacaqlar ki, onlar da xidmətin keyfiyyətini artırsınlar”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya