Sərt reaksiya: "Ordumuz nə gərəkirsə edəcək və bu intiqamı alacağıq !"



"Bu separatçı Cocuq Mərcanlıya köçə belə alçaq təxribata əl atmaqla reaksiya verdi". 

Bu barədə Sherg.az-a işğalçı Ermənistanın Füzulinin Alxanlı kəndində törətdiyi təxribat nəticəsində 2 yaşlı nəvə  və nənənin amansızcasına qətlə yetirilməsinə münasibət bildirərkən millət vəkili Sahib Alıyev bildirib. 

Deputat ordumuzun nə gərəkirsə edəcəyinə əminlik ifadə edib: 

"Həlak olanlara Allahdan rəhmət diləyir, dinc insanları atəşə tutan uşaq qatillərini və onlara havadarlıq edənləri lənətləyirəm!"

Millət vəkili onu da əlavə edib ki, Minsk qrupunun həmsədrləri  Ermənistan ordusunun hərəkətlərinə konkret və adekvat qiymət verməlidir: "

Minsk qrupu həmsədrlərinin dünənki erməni vəhşiliyinə verdikləri açıqlamadan ikili standart iyi gəlir. Onların bu açıqlaması işğalçı ordunun 2015-ci ilin sentyabrında Tərtərin Qapanlı kəndini atəşə tutması nəticəsində iki qadının və bir uşağın yaralanması zamanı dediklərindən heç nəylə fərqlənmir. Fərqlənmədiyindən də erməni quzğunları təqribən iki il sonra eyni vəhşiliyi yenə təkrarladılar.

Yeri gəlmişkən, o zaman da ermənilər nənə və nəvəni yaralamışdılar. Qapanlıda hayların hədəfə aldığı o qızcığazın da adı Zəhra idi və onun da cəmisi iki yaşı vardı. O zaman Tanrı Tanrıverdiyeva Müşkinazı və nəvəsi balaca Zəhracığı doğmalarına yenidən verdi. Bu dəfə düşmən çirkin arzusuna çatdı. Alxanlılı Zəhra balamız uçub getdi. Zəhranın atası Elnur Quliyev AzVision.az-a qızının intiqamını alacağını deyib. Hamımız Elnuruq, hamımız bu intiqamı alacağıq!"

Erməni vəhşiliyinə dair fotoları bu linkdən izləyin: 


Ayyət Əhməd