"Sevgililər günü"ndə yenə tək olacam" - Bengü




Müğənni Bengü ötən gecə restoranlardan birindən çıxarkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, jurnalistlərin suallarını cavablandıran ifaçı bu il də "Sevgililər günü”nü yalnız keçirəcəyini bildirib.

"Yenə 14 fevral gəlir və mən yenə tək olacam. 1 həftə qaldı "Sevgililər günü”nə. Bu qədər qısa zaman ərzində özümə sevgili tapa bilmərəm".