Sevgilisinin adı deyə "Windows 7" yazdırdı





İngiltərədə adının açıqlanmasını istəməyən bir adam, sevgilsinin adını çin əlifbası ilə boynuna döymə etdirmək istəyərkən böyük bir şok yaşadı. Adam, boynunda sevgilisinin adının əvəzinə çin əlifbası ilə "Windows 7" yazıldığını öyrəndi. (milliyet.com)
Bu səhv Doc Price adlı döymə sənətçisi tərəfindən fərq edildi. Price hadisəni bu sözlərlə izah edir: "Bu tanışım sevgilsinin adını boynuna döymə etdirdiyini sanırdı. Ancaq mənim Taylandlı sevgilim bundan çox əmin deyildi. Bu səbəbdən onu çinli bir yoldaşımızın yanına apardıq və "Burada nə yazıb?" deyə soruşduq. Yoldaşımız döyməyə baxdı və "Boynuna nə səbəbə "Windows 7" yazılan bir döymə etdirdin?' sualını verdi. Gülməkdən özümüzü saxlaya bilmədik."