Seymur Verdizadədən Əhəd Abıyevə mesaj: "Onun kimilərinin təzyiqləri..."
13:23 29.11.2017
Arxiv
462
Jurnalist Seymur Verdizadə Daşkəsən rayon İcra başçısı Əhəd Abıyev trəfindən təhdidlərə məruz qaldığını söyləyir. Onun sözlərinə görə, bir neçə gün öncə onlayn media orqanlarının birində dərc olunan məqalədən sonra ünvanına çoxsaylı təhqir mesajları gəlib:
"20 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğulam. Hər zaman da tənqidi məqalələr yazmışam. Hesab edirəm ki, jurnalist obyektiv olmaqla, daha çox cəmiyyətdəki nöqsanları göstərməlidir. Juranlistikanın bu tələblərinə sadiq qalaraq Əsa ilə Gəzən İcra Başçısı və İşsiz Gənclər mövzusunda köşə yazdım. Yazı dərc olunduqdan sonra, ötən gündən etibarən Əhəd Abıyev ayrı-ayrı dostlarıma zəng edərək onlara hədə-qorxu gəlib. Özünün Kikboksinq federasiyasının vitse-prezidenti, əlinin isə təcrübəli olduğunu söyləyib. Yəni, əlinin altında çoxlu idmançılar var, məni bu yolla cəzalandıracaq. İlk dəfə olaraq Cebhe.info-ya bu məlumatı açqılayıram”.
S.Verdizadənin sözlərinə görə, bu gün səhər radələrində onun birinci müavini Namiq Süleymnaov ev telefonuna zəng edərək çox təhqiramiz, nalayiq ifadələr səsləndirib:
"Hansı ki, o ifadələri dilimə gətirə bilmərəm. Ona bu məsələni ictimailəşdirəcəyimi deyərək bir az tərbiyəli olmağa çağırdım. Hesab edirəm ki, dövlətdə məsul vəzifə düşən şəxs mətbuat orqanının işçisinə bu qədər qəddar davranış sərgiləməməli, jurnalistin ünvanına belə nalayiq ifadələr səsləndirməməlidir. Onların ixtiyarı yoxdur ki, jurnlaistin şəxsi mənzilinə zəng etsin. Əhəd Abıyevdən 20 dəfə artıq vəzifəli, pullu məmurları da tənqid etmişəm. Əhəd Abıyev və onun kimilərinin təzyiqləri altında geri çəkilsəydim, 20 il mətbuatda qalmazdım. Əhəd Abıyev və onun əlaltıları əmin olsunlar ki, bundan sonra mövqeyim daha da sərt olacaq”.
Maraqlıdır, icra başçısı jurnalistin şəxsi ev nömrəsini necə əldə edib. Konfedensiallıq məsələsi görünür ki, burada qorunmayıb:
"Bu xuliqanlıqdır. Nömrəmi bilən dostlarımın sayı belə azdır. Hər kəs mobil telefonumla əlaqə saxlayır. Görünür o yüksək vəzifə tutmağından istifadə edərək nömrəmi əldə edib. ...nömrə ilə evimə zəng edib. İstədiyim vaxt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən həmin səsi əldə edə bilərəm. Hələlik onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək fikrim yoxdur. Çünki bundan da vacib işlərim var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət