Seyran Ohanyana qarşı yeni ittiham irəli sürülüb
19:28 10.04.2021
Arxiv
369
Ermənistanda bir sıra keçmiş məmurlar "Dzora" Su Elektrik Stansiyasının özəlləşdirilməsi prosesində vəzifələrindən sui-istifadə faktı üzrə ittiham olunur.
APA “Sputnik Armenia” saytın istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, onların arasında keçmiş müdafiə naziri Seyran Ohanyan, Dövlət Xidmətləri Tənzimləmə Komissiyasının keçmiş sədri Robert Nazaryan, onun müavini Nikolay Qriqoryan, komissiya üzvləri Şiraz Kirakosyan, Muşeq Koşetsyan və Vatikandakı keçmiş səfir, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da var.
Cinayət işi üzrə ibtidai istintaq artıq başa çatıb.
İstintaq materiallarına görə, 2010-cu ildə müdafiə naziri Seyran Ohanyan tərəfindən imzalanan məxfi əmrlə qanunsuz olaraq 4 milyard 646 milyon 400 min dram (təxminən 9 milyon dollar) dəyərində səhmləri olan "Dzora" Su Elektrik Stansiyasının bir bloku – “Dzoraget Hydro' MMC üçün nəzərdə tutulmuş 3 milyard 600 milyon dram (7 milyon dollar) mənimsənilib.
Üstəlik, enerji və təbii sərvətlər naziri Armen Movsesyanın təklifi ilə ölkədə hidroelektrik enerjisinin inkişafını təşviq etmək bəhanəsi ilə, guya “Dzoraget Hydro" MMC-yə fayda yaratmaq üçün Nazaryan və komissiya üzvləri hökumətin qərarını yekdilliklə təsdiqləyibilər.
Armen Movsesyanın ölümü nəzərə alınaraq, ona qarşı ittihamlar ləğv edilib, lakin Nazaryan və komissiyanın digər üzvləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.
Cinayət işi üzrə istintaq materialları Baş Prokurorluğa göndərilib.
Vatikandakı Keçmiş səfir Mikael Minasyana gəlincə, ibtidai istintaq davam edir. O, vəzifəsindən sui-istifadə, korrupsiya, çirkli pulların yuyulması və gəlir vergisi bəyannaməsində yalan məlumatlar verməkdə günahlandırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou