Seysmoloji Mərkəz: "Katastrofik, dağıdıcı zəlzələlərin olması ehtimalı... " - ÖZƏL





Azərbaycanın cənubu "silkələnib". Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.Yeraltı təkanların dərinliyi 9 km olub.

Qeyd edək ki, ölkəniun cənubunda yaşanan bu hal digər rayonların və yaxud rayon sakinlərinin narahatlığına səbəb olub. Biz də "Sherg.az"olaraq bu əndişəni nəzərə alıb Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxladıq. 

Baş direktor "Sherg.az”a bildirib ki, hazırda Azərbaycan seysmik vəziyyət fon səviyyəsindədir:

"Düzdü, bu cür təkanlar və bundan kiçik, böyük tərpənmələr o demək deyil ki, ölkədə yüksək akltivlik var. Belə xırda sirkələnmələr yüksək bal gücündə zəlzələlərin olmağına zəmanət vermir. Çünki bu kimi proseslər hər zaman baş verir. Mövcud zəlzələnin göstəricisi üç və ondan yüksək bal gücündə olduqda onu saytda otuzdurub, məlumatları Avropaya göndəririk. Lakin hazırda Lerik rayonunda baş verən tərpənmələr elə də güclü yeraltı təkan və ya aktivlik hesab olunmur. Ümumilikdə son zamanlar baş verən seysmoloji prosesləri dəyərləndirdikdə yaxın vaxtlarda katastrofik dağıdıcı zəlzələlərin olması ehtimalı gözlənilmir. Lakin his olunan orta və zəif güclü zəlzələlər hər zaman olacaq”.

Kənan Eynuroğlu