Siyavuş Novruzov səhhətindən danışdı: "İnsan xəstələnə də bilər" - VİDEO
13:34 14.02.2017
Arxiv
1844
"Siyavuş Novruzovun hər kəlməsi xəbər olur" deyənlərə onu deyirəm ki, mən çalışıram ki, çıxışlarımda da, müsahibələrimdə də insanların başa düşdüyü tərzdə danışım. Bəzən görürsən ki, kimlərsə öz çıxışlarına elmi ifadələr əlavə edir. Mən belə çıxışlardan uzağam".
Bu fikirləri APA TV-yə eksklüziv açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.
"Məsələn, götür başla danışmağa ki, makroiqtisadi və mikroiqtisadi sistem belə getdi. İndi kənddə oturan bir kəndçi fikirləşir ki, bunun pensiyası artacaq, yoxsa artmayacaq? Bunun gəliri nədən ibarət olacaq, ya da olmayacaq? İndi bu hardan bilsin ki, makroiqtisadi sistem nədir? Ümumi dəyər vergisi nədir? Yəni insanların anlayacağı tərzi sevirəm" - deyən Siyavuş Novruzov sosial şəbəkələrdə onun xəstəliyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: "Görürsünüz yaxşıyam, sizinlə söhbət edirəm. Bu yazılanları ciddiyə almıram. Yəni bu məsələyə əhəmiyyət vermirəm. Sağlamlığım haqqında yazanlar da, yazmayanlar da sağ olsunlar".
Komitə sədri deyir ki, sağlam həyat tərzi sürür, idmanla məşğul olur:
"Camaat gedib xərc çəkib arıqlayır. Mən idmanla, dieta ilə çəki atıram. Müxtəlif vaxtlarda mən çəkimi artıra bilərəm, azalda da bilərəm. Bilirsiz, izləyirəm, görürəm ki, yazırlar sosial şəbəkələrdə. Bununla bağlı yazan ziyalılarımıza da, jurnalistlərimizə də təşəkkür edirəm. Bu çox cılız fikirdir ki, bunu ortaya atıb nəsə düzəltməyə çalışırlar. İnsan xəstələnə də bilər, sağala da bilər. Bundan sensasiya yaratmasınlar".
Deputat hazırda da öz işimin başında olduğunu, hər şeyin qaydasında olduğunu da dilə gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat