Siyavuş Novruzov tələsib
20:49 07.03.2016
Arxiv
842
Partiyalar aprelə qədər hesabatlarını verəcəklərini bildirir
"Hesabat verməyən partiyaların ləğvi məsələsi gündəmə gətirilməlidir”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bəyan edib ki, özünü müxalifət partiyası adlandıran bir sıra qurumlar maliyyə hesabatı verməkdən boyun qaçırırlar:
"Dövlət büdcəsindən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ianə və üzvlük haqları haqqında Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Başqa vaxt aşkarlıqdan, demokratiyadan, şəffaflıqdan danışan insanlar təəssüf ki, söhbət öz maliyyə mənbələrindən düşəndə şəffaflıq yaddan çıxır”. S.Novruzovun sözlərinə görə, bir sıra partiyalar ağ kağız göndərirlər ki, maliyyə dövriyyələri olmayıb: "Nəzər salanda görürsən ki, qərargahında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər, lakin hesabat verməkdən boyun qaçırırlar. Çünki hesabatları şəffaf deyil. Bəzi xarici qüvvələr tərəfindən maliyyələşirlər. Gələcəkdə bu məsələlərə qarşı tədbirləri daha da gücləndirilməlidir”.
Millət vəkilinin xəbərdarlığına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Şərq”ə deyib ki, partiyaların hesabatı üçün aprel ayının 1-nə qədər vaxt var: "Siyavuş müəllim tələsir. "Siyasi partiyalar haqqında” qanuna son dəyişikliyə görə, MSK-ya verəcəyimiz hesabatın vaxtına hələ 3 həftə var. Aprel ayının 1-nə qədər auditlə birgə hesabatımızı təqdim edə bilərik. Həmin vaxta kimi heç kimi tələsdirmək olmaz. "Hesabatlar gecikir” demək isə vaxtından əvvəl verilmiş bəyanatdır. Hazırda VİP-in audit yoxlaması həyata keçirilir. Gələn həftə mühasibimiz hazır hesabatı quruma təqdim edəcək”. Ə.Əliyev bildirib ki, partiyaların hesabatda ağ kağız verməsini qınamaq olmaz: "Ölkədə iş dünyasının vəziyyəti ağırdır. Bu səbəbdən siyasi partiyaların ianə toplaması çox çətin məsələdir. Bir sıra iş adamları isə müxalifət partiyasına ianə verməkdən və onun sıralarında təmsil olunmaqdan çəkinirlər”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında deyib ki, bütün partiyalar hesabatını vaxtında verməlidir: "Qanun hamı üçündür. Qeydiyyatdan keçən hər partiya artıq bir subyekt və vergi ödəyicisi sayılır. KXCP hər il olduğu kimi aprel ayına qədər MSK-ya hesabatını təqdim edəcək. İndi müvafiq sənədlərimizi hazırlayırıq. Aydındır ki, bizim heç bir maliyyə gəlirimiz yoxdur. Amma bunun özü də hesabatda göstərilməlidir. Yaxşı olar ki, Siyavuş Novruzov partiyaların maliyyə hesabatı ilə bərabər siyasi qurumların qərargah problemini də gündəmə gətirsin. İki-üç partiyanı çıxmaq şərti ilə əksər qurumların mərkəzi qərargahı yoxdur. Ona görə də partiyalar siyasətlə məşğul ola bilmirlər. Partiyaların normal fəaliyyəti təmin olunmalıdır ki, daha sonra onlardan hesabat tələb olunsun. Maliyyə gəliri olmayan partiyalar ağ kağızdan başqa nə verə bilər? Hamısı bərbad gündədir, üzvlük haqqı yoxdur. Müxalifət nümayəndələri yaşamaq uğrunda mübarizə aparan adamlardır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə