Smit xərçəng yaradır

Heç siqaret çəkməyənlər də bu xəstəliyə mübtəla olur




Milyonlarıa insanın qida rasionuna daxil olan simit ağciyər xərçənginə səbəb olurmuş. Bu günə qədər obeziteye səbəb olduğu təyin olunan karbonhidratlı qidaların siqaretdən sonra ağciyər xərçəngində də ən əhəmiyyətli faktor olduğu müəyyən olunub. Mütəxəssislər glisemik indeksi (Gi) yüksək olan qidalar mövzusunda vətəndaşları xəbərdar edib. Glisemik indeksi yüksək qidaların çox istehlak edildiyində ağciyər xərçənginə səbəb olduğunu söyləyən araşdırmaçılar, bu qidalar arasında simit, ağ çörək və Misir gevreyinin adını açıqlayıb. Texas Universiteti MD Anderson Xərçəng Mərkəzindən mütəxəssislərin icra etdiyi araşdırmada, ağciyər xərçəngi diaqnozu qoyulan kəslərin sağlamlıq məlumatları araşdırılıb. Nəticələrə görə, Gisi yüksək qidalarla qidalanan kəslərdə, bu tip qidalarla bəslənmə nisbəti aşağı olan kəslərə görə ağciyər xərçəngi riski 49 faiz daha çox aşkarlanıb. Araşdırmanı icra edən mütəxəssislər, bu yeməkləri istehlak etməmənin ağciyər xərçəngi riskini azaltmaq üçün olduqca təsirli olduğu fikrindədirlər. Texas Anderson Universiteti Xərçəng Mərkəzi mütəxəssislərindən Dr. Stephanie Melkonian statistikaya istinadən ABŞ-da bu il 150 min adam ağciyər xərçəngindən həyatını itirdiyini deyib.(milliyət.com) Glisemik indeksi ilə ağciyər xərçəngi arasında doğrudan da ciddi bir əlaqənin olduğunu vurğulayan Melkonian 905 min xəstə üzərində yoxlama apardıqlarını qeyd edib: "Heç siqaret çəkməyən kəslərdə də ağciyər xərçəngini təyin etdik. Həmin şəxslərdə yüksək glisemik indeksi vardı, hansı ki, bu, siqaretin 2 misli qədər təsirlidir. Siqaret çəkən, amma aşağı glisemik indeksi olanlarda isə xərçəngə tutulma riski 31 faizdir”.