SOCAR-ın rəqibləri ortaya çıxırdı
20:54 07.03.2016
Arxiv
990
Gürcüstanla qazın qiymətində anlaşmamız Azərbaycanın maraqlarına tam cavab verir
"Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstana verilən qazın həcmini artırıb”. Bu barədə qurum prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, qurum son imzalanan müqavilələrdən sonra qonşu ölkəyə ildə 3 milyard kubmetr qaz verəcək:
"Qaz iki marşrutla ötürüləcək. İldə SOCAR-ın hasil etdiyi 1.5 milyard kubmetr həcmində qaz Hacıqabul-Qazax-Qardabani boru xətti ilə Gürcüstana nəql olunacaq. "Şahdəniz” yatağından hasil olunan 1.5 milyard kubmetr qaz isə Cənubi Qafqaz Boru xətti vasitəsilə ora göndəriləcək. Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Problem həllini tapmış olacaq”. Məlumat üçün bildirək ki, R.Abdullayev fevralın 4-də Gürcüstana səfərə gedib. Səfər çərçivəsində Azərbaycandan Gürcüstana əlavə, 500 milyon kubmetrə yaxın qaz nəql edilməsi ilə bağlı saziş imzalayıb. Azərbaycan tərəfi həmçinin, qazın qiymətini ucuzlaşdırmaq barədə də razılığa gəlib. SOCAR həmçinin yanacaqdoldurma məntəqələrinə kommersiya qazını hər 1000 kubmetrə görə 35-40 dollar qiymətində satmağa hazır olduğunu bəyan edib. Şübhəsiz ki, Azərbaycan qazının Gürcüstan tərəfində ucuz satılması ölkəmizdə ictimai narazılığa səbəb olub. Sosial şəbəkələrdə bu müqavilə Azərbaycan maraqlarına zidd addım kimi qiymətləndirilib. Səsləndirilən arqumentlərdən biri də odur ki, Gürcüstanın bir müddət öncə İranla və "Qazprom”la danışıqlar aparması, məhz Azərbaycan qazının qiymətini salmaq məqsədi daşıyırmış.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban "Şərq”ə bildirib ki, bu, Azərbaycan maraqlarının itirilməsi deyil, bazarda rəqabətə davamlılığını təmin etməkdir: "Demək olmaz ki, Gürcüstan Azərbaycana bir dəfə təklif verdi və bununla razılaşıldı. Çünki ötən ilin avqust ayından artıq Gürcüstan tərəfi bu barədə bəyanatlar səsləndirmişdi. Avqust ayının sonlarından artıq aktiv müzakirələrə başlanıb. Yadınızdadırsa, Gürcüstanın enerji naziri Kaxe Kaladzenin Azərbaycana səfəri baş tutmuşdu. Daha sonra oktyabrda Azərbaycan tərəfinin Gürcüstana iki dəfə səfəri gerçəkləşdi. Sonra Gürcüstanın baş naziri, baş nazirin müavini Azərbaycana gəldi. Yəni, çox intensiv danışıqlar getdi. O cümlədən, Gürcüstan tərəfi 4 dəfə "Qazprom”la 1 dəfə isə İranla danışıqlar aparmışdı. Bu, Azərbaycan tərəfinin Gürcüstanla qaz müqaviləsinin dəyişilməsi, oradakı mövqelərimizin qorunması və qaz qiymətlərinin mövcud şəraitə uyğunlaşdırılması idi. Bir sözlə, rəqabətə davamlı qiymətin təklifi idi. 2007-ci ildə hökumətlərarası fiksasiya edilmiş saziş əsasında satılan qaz artıq mövcud şəraitdə günün tələblərinə cavab vermirdi. Artıq SOCAR-ın rəqibləri ortaya çıxırdı. Bu səbəbdən Azərbaycan rəqabətə davamlı qiymət ortaya qoymalı idi. Ona görə də, ARDNŞ ilə Gürcüstan tərəfinin yeni kommersiya sazişi imzalaması mövcud şəraitdə hər iki tərəfin maraqlarını təmin edəcək bir saziş idi”.
Ekspert Azərbaycan qazının qiymətinin ucuzlaşması məsələsinin ölkəmizin maraqlarına zidd olmadığını bildirdi: "Sosial şəbəkələrdə belə bir fikirlərə rast gəlirəm ki, biz maraqlarımızı qurban verdik. Ancaq bu maraqların qurban verilməsi deyil. "Qazprom” vaxtilə Avropaya 500 dollardan qaz satırdı, indi 200 dollardan satır. İndi ruslar desinlər ki, maraqlarımızı Avropaya qurban verdik? Və ya biz neftimizi dünyaya 100 dollardan satırdıq, indi isə 35 dollara satırıq. O zaman çağırış edək ki, biz niyə neftimizi bu qiymətə satırıq? "Heç satmazdıq, quyularımızı dondurardıq” kimi fikir söyləyənlər də var. Ancaq insanları qınamaq olmaz. Bizdə rəqabət olmadığına görə, Tarif Şurasının müəyyən etdiyi qiymətə insanlar o qədər öyrəşiblər ki, elə bilirlər hər yerdə qiymətləri bu cür tənzimləmək olar. Ancaq Azərbaycan sərhədlərindən kənarda nəinki hər dolların, hər bir sentin üzərində rəqabət və mübarizə gedir. Məsələn, Gürcüstanda olanlar bilir ki, yanacaqdoldurma məntəqələrində qiymətlər necə sürətlə dəyişir. Bu qiymətlər bazarda üstünlük cəlb etmək üçündür”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə