Son 5 ayda Avropaya 101 min 210 miqrant gəlib - 2247 -i ölüb




Bu ilin yanvar ayından etibarən Aralıq dənizini keçərək Avropa ölkələrinə gələn miqrantaların sayı 100 mini keçib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, miqrantlarla bağlı beynəlxalq təşkilatın verdiyi məlumatına görə, onlardan 85 mini İtaliyaya, 9300 Yunanıstana, 6500 İspaniyaya  gəlib. 

Ümumilikdə  isə Avropaya 101 min 210 miqrant gəlib ki, onlardan 2247 -i dünyasını dəyişib.

Ayyət Əhməd