Son dəqiqə: Türk ordusu vertolyotlarla hərbçilər endirdi




İraqın şimalında Bərzaniyə bağlı "Rudav" nəşri türk ordusunun bölgəyə vertolyotlarla hərbçilər endirdiyini bildirdi.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələri (TSK) sərhədin cənubundakı PKK-nın terror düşərgələrinə qarşı əməliyyatlarını davam etdirir. Bu arada "Rudav" türk qüvvələrinin 20 kilometr sərhədin içərisinə doğru istiqamətləndiyini vurğulayıb.
"Rudav"a görə, türk ordusu  Erbilin dağ zirvələrinə əsgər yerləşdirib.

Qəzetə danışan Şapan kəndinin muxtarı Faris Rəsul, "Türk savaş təyyarələri dünən gecədən bəri bölgəni bombalayır. Türkiyəyə aid səkkiz hərbi vertolyot bu gün Şapan, Dilan, Kevet, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgər endirdi" deyə bildirib.