Sosial mənzillərin satışı necə təşkil olunacaq ? - Gözlənti böyükdür





"Ümumiyyətlə, bu il həyata keçirilən sosial mənzillərin satışında, növbələrin doğru- düzgün yaradılmamasında, elektron portalın normal çalışmamasında və bu kimi digər proseslərdən əhali kəskin şəkildə narazılıq edib".

Bunu "Sherg.az"a "MİDA” MMC-nin müşahidə şurası sədrinin dəyişdirilməsindən danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, əqin sadaladığım problemlərin həlli istiqamətində araşdırmalar zamanı "MİDA” MMC-də belə bir dəyişikliyin olmasına rəvac verəcək əsaslı səbəblər tapılıb. Ona görə də belə bir dəyişiklik edilib:

"Əslində hər hansısa bir kadr dəyişikliyindən sonra iş prinsipinə baxmaq lazımdır. Əgər gələcəkdə baş tutan satışda həmin problemlər yaşanmasa, demək kadr dəyişikliyi doğru addım olub. Ümid edirəm ki, bu dəyişiklikdən sonra "MİDA” MMC bütün məsələləri həll edəcək və lazımi məlumatları media, insanlara şəffaf şəkildə çatdıracaq. Çünki şirkət dövlət büdcəsindən maliyyələşir və o insanları narahatlığına səbəb olan məsələləri həll etməlidir".

Qeyd edək ki, ötənlərdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin Müşahidə Şurasının sədri dəyişib. "Sherg.az” şirkətə istinadən xəbər verir ki, Sadiq Sadıqovu Çingiz Qədimov əvəz edib. S.Sadiqov ölkə prezidentinin bu il sentyabrın 19-da imzaladığı fərmanda MİDA-nın İdarə Heyətinin sədri təyin olunub. "MİDA” MMC-nin MŞ-nın yeni sədri isə həm də MİDA-nın aparat rəhbəri vəzifəsini tutur.

Kənan Eynuroğlu