Spiker: "Deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil etdik, maraq göstərmədilər"



Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında maraqlı xəbər verib. 

Sherg.az-ın məlumatına görə, spiker deyib ki, bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil ediblər: 

"Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər. Sadəcə kursa 3-4 deputat qatılmışdı".