Spiker haqlıdır, yuxarıdan hər şey görünür
10:54 29.11.2018
Arxiv
521
Milli Məclisdə nizam-intizam qaydalarına əməl etməyən millət vəkilləri var
Milli Məclisin ötən iclasında spiker Oqtay Əsədov yenə də deputatların intizamsızlığına irad tutub.
İclası pozduqlarına görə, Milli Məclisin sədri Oqtay Əsədov Madər Musayev, Rüfət Quliyev və İmamverdi İsmayılova xəbərdarlıq edərək deyib ki, "kim iclas keçirmək istəyirsə, gəlib otursun mənim yerimdə”.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Çingiz Qənizadə isə birmənalı olaraq spikerin iradlarının haqlı olduğunu deyib:
"Yuxarıdan hər şey görünür. Milli Məclisin nizam-intizam qaydalarına əməl etməyən millət vəkillərinə parlament sədrinin öz iradını bildirməsi və onlara xəbərdarlıq edərək, müəyyən göstərişlər verməsi təbiidir. Sözün açığı, ötən iclasda o qədər də ciddi polemika yaşanmadı. Media nümayəndələri hadisəni bir az şişirdərək təqdim edib. Oqtay müəllim sadəcə olaraq gündəlikdəki məsələlərin həddindən çox və bütün işlərin ayın 6-na qədər yekunlaşdırılmalı olduğunu millət vəkillərinin diqqətinə çatdırıb.
Düzdür, zaman-zaman parlamentdə müəyyən mübahisələr də düşür. Bu da təbii bir şeydir. Parlamentdə hər kəsin danışmaq hüququ var. Amma nizam-intizam və digər mühüm məsələlərin təşkili spikerə həvalə olunduğundan istədiyi millət vəkilinin davranışına irad bildirə bilər”.
"Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin qəbul olunduğunu və prezident tərəfindən imzalandıqdan sonra icra olunacağını xatırladan Ç.Qənizadə deyib ki, qanunun icrasından sonra deputatlar özlərinin hüquq və məsuliyyətlərini daha çox dərk edəcəklər. Həm iclas zamanı, həm də iclasdan kənarda xoşagəlməz davranışlara yol verməyəcəklər.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya