
“Star”ın mənfəəti yüksək olacaq: “Bu zavoddan həm Azərbaycan, həm də Türkiyə karlı çıxacaq”
17:25 19.10.2018
Arxiv
903
Bu gün Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə ölkə başçıları terrasdan zavodun ərazisinə baxıblar. Bununla yanaşı dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar. Prezidentlərə "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
"Star” zavodunun fəaliyyətə başlaması Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının, dostluq və qardaşlığın daha bir nümunəsi sayılmalıdır. Bununla yanaşı müəssisənin hər iki ölkənin iqtisadiyyatına böyük qatqısı olacağı gözlənilir.
Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak zavodla bağlı danışarkən deyib ki, "Star” Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq. "Star” neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək. Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan "Star” Neft Emalı Zavodunun ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edən zavodda ildə 10 mln. ton xam neftin emalı nəzərdə tutulur.
Xatırladaq ki, STAR-ın təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Zavodu "Técnicas Reunidas” (İspaniya), "Saipem” (İtaliya), "GS Engineering & Construction Corp” (Cənubi Koreya) və "Itochu” (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.

Ekspertlər də bildirirlər ki, bu güclənən iqtisadiyyatlarımıza müsbət tendensiyalar vəd edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə bildirib ki, bu zavoddan həm Azərbaycan, həm də Türkiyə karlı çıxacaq. Mütəxəssisin qənaətinə görə, "Star” çox yaxşı düşünülmüş kommersiya layihəsidir:
"Ümumiyyətlə kapital ancaq ölkənin daxilində toplanmamalıdır. Stardan əlavə eyni böyüklükdə iki neftayırma zavodu tikilsə belə yenə də Türkiyədə neft məhsullarına ehtiyac var. Buna görə də, kommersiya baxımından ən əlverişli bazar Azərbaycan üçün Türkiyədir. Digər yandan Türkiyə həm də bizim strateji müttəfiqimizdir".
İ.Şaban qeyd edib ki, zavodunun texnoloji baxımından texniki-iqtisadi göstəricilərinə baxılarsa, son on ildən artıq müddətdə Cənubi Avropada o cür texnoloji miqyasda yeni zavod ərsəyə gəlməyib: "Star” zavodunun istehsal etdiyi məhsullar bazarda rəqabətə davamlı və mənfəəti yüksək olacaq”.
Ekspertin qənaətincə Azərbaycan Dövlət Neft Şirkətinin bundan sonrakı addımı Türkiyə bazarında böyük yanacaqdoldurma məntəqələri şəbəkəsini əldə etmək olmalıdır:
"Əgər Türkiyədə xam neft Türkiyə bazarına gəlirsə, xam neftin emalı həyata keçirilirsə, niyə onun son satışı həyata keçirilməsin? Bu, bütün zənciri tamamlamış və gəliri daha da artırmış olar. Hesab edirəm ki, bu addım da atılacaq”.
Anar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz