SUBASMA: 18 ölü, 18 itkin




Çinin Jilin əyalətinin şərqini və mərkəzini sel suları basıb. 

Sherg.az "fr.euronews.com"-a istinadən xəbər verir ki, insan tələfatının qarşısını almaq üçün hökumətin yardım xidmətindən 32 min nəfər qatılıb. Buna rəğmən hadisə nəticəsində 18 nəfər itkin düşüb 18 nəfər isə dünyasını dəyişib. 

Ümumiyyətlə, yay mövsümü başlanandan Çində bir neçə dəfə subasma hadisəsi qeydə alınıb. Onlarla ölən və yüzlərlə yurd yuvasını itirənlər olub.

Bundan başqa Çinin cənub - qərbində yerləşən Sişuan əyalətinin bir kəndində subasma nəticəsində 10 nəfər ölüb, 73 nəfər itkin düşüb. 

Həmçinin Çinin Qanqxi əyalətində də subasıma nəticəsində onlarla  insan ölüb, xeyli adam isə itkin düşüb. Minlərlə yaşayış yerləri dağılıb.

Ayyət Əhməd