Sultan Süleymanın portreti 4 milyona satılıb

Son dəqiqə xəbərlərinə görə, Sultan Süleyman Qanuninin XVI əsrdə çəkilmiş portreti Londonda keçirilən hərracda təxminən 5 milyon TL-yə (türk lirəsi) satılıb. 
İngiltərədəki "Sothebay" auksion evi tərəfindən təşkil edilən hərracda, Osmanlı Sultanı Qanuni Sultan Süleymanın 16-cı əsrdə çəkilmiş portreti 350 min sterlinqə (4 milyon lirə) satılıb.

Onlayn satış prosesi səhər saatlarında başlayıb və portret 2 saat ərzində satılıb.  

Alıcının və ya qurumun adı hələ açıqlanmayıb. Lakin alıcı vergi də daxil olmaqla 438 min sterlinq (təxminən 5 milyon lirə) ödəyəcək.
Qeyd edək ki, portret Sultan Süleyman Qanuninin 43 yaşı olarkən, Səfəviləri və Xaçlı donanmasını məğlub etdikdən sonrakı bir vaxtda çəkilib.