Suriya: İsrail İran ordusuna qarşı 70 raket atıb






"Suriyada İsrail ordusu İranın mövqelərini vurmaq üçün 28 təyyarə və 70 raketdən istifadə edib".  

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, bu barədə Rusiya ordusundan bildirilib. 

Suriya İnsan Hüquqları üzrə Təşkilatın verdiyi məlumata görə, bu hücum nəticəsində 28 nəfər həlak olub: 

"Bu, İsarilin  2011-ci ildən bəri həyata keçirdiyi ən böyük silahlı müdaxilədir. 

İsrail ordusu heç bir itki verməyib. İsrail tərəfi bu addımını Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İrana qarşı müdaxilə adlandırıb. 

Tərcümə etdi: Ayyət Əhməd