Suriyada rusiyalı kapitan qətlə yetirilib



Suriyanın mərkəzində yerləşən Hama əyalətində kapitan rütbəsində olan rusiyalı zabit öldürülüb.

 Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatıuna görə, kapitan Nikolay Afanasov Suriya hökumət qüvvələrinin təlim düşərgəsində qətlə yetirilib. 

Qurumdan bildirilib ki, o, Suriya ordusuna hərbi təlim keçmək missiyasını yerinə yetirmək məqsədilə göndərilibmiş.

Qeyd edək ki, bununla da Suriyada öldürülən rus əsgərlərinin sayı 32-ə şatdı.

Tərcümə etdi: Ayyət ƏHMƏD