Tahir Əkbər bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq




Ötən gün dünyasını dəyişən əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərlə bu gün vida mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə şairə Zemfira Əlişqızı xəbər verib. O bildirib ki, 72 yaşında dünyasını dəyişən bəstəkarla vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Tahir Əkbərin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.