"Taksi xidmətlərinin qiymətlərində artım olacaq" - Bahalaşma
16:17 28.11.2017
Arxiv
772
"UBER və digər xarici taksi xidmətlərinin qiymətlərində artım olacaq. Çünki bu taksilərə 18 faiz əlavə dəyər vergisi (ƏDV) hesablanır”.
Bu sözləri "Sherg.az”a UBER də daxil olmaqla taksi xidməti göstərən qeyri-rezidentlərin ƏDV-yə cəlb olunmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun qənaətincə, "Vergi Məcəlləsində dəyişiklik edilməsi” barədə 16 dekabr 2016-cı il tarixli qanunun tətbiq edilməsinin ziyanlı tərəfləri olmayacaq:
"Çünki artıq ölkədə yetərincə taksi xidməti formalaşıb. Hətta bölgələrdə də belə xidmətlər fəaliyyət göstərir. Taksilərdən istifadə edən sərnişinlər seçim edərkən onlara lazımlı məlumatları öyrənə bilərlər. Hər halda mən istəməzdim ki, xarici şirkətin Azərbaycanda fəaliyyəti dayansın, yaxud buna məcbur olsunlar. Hər halda hökumətin belə niyyəti varsa, həmin taksi şirkətlərinə təsir göstərəcək.
Qiymət artımına görə, sürücülər yəqin ki, xarici şirkətlərdən imtina edib, yerli şirkətlərin fəaliyyətindən bəhrələnəcəklər. Taksi xidmətlərinin özünün 1000-2000 taksi maşını yoxdur. Ona görə, taksiləri özlərinə cəlb edirlər. Sürücülər də hansı taksi şirkətinin şərtləri sərfəli olsa, onunla çalışmağı üstün tutacaq.
İstənilən halda şirkət quran şəxs marağını güdür, pul qazanmaq istəyir. Qazancı olmasa, həmin şirkət fəaliyyət göstərdiyi ölkədən gedə bilər. Amma UBER böyük şirkətdir, yəqin ki, hansısa alternativ variant tapıb, vəziyyətdən çıxa biləcək”.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkədə fəaliyyət göstərən banklara müraciət edib. Müraciətdə bildirilir ki, "Vergi Məcəlləsində dəyişiklik edilməsi” 16 dekabr 2016-cı il tarixli qanuna əsasən, elektron ticarət əlavə dəyər vergisinə (ƏDV) cəlb olunub.
Bu çərçivədə UBER də daxil olmaqla taksi xidməti göstərən qeyri-rezidentlərin ƏDV-yə cəlb olunması üçün noyabrın 6-da ABA-nın Ödəniş Sistemləri və Alternativ Xidmət Kanalları üzrə Ekspert Qrupunun iştirakı ilə Vergilər Nazirliyində görüş keçirilib. Görüşdə bu sahədə ƏDV-nin tətbiqinə dair ortaya çıxan bəzi qaranlıq məqamlara aydınlıq gətirilib. Qərara alınıb ki, kart-prosessinq mərkəzləri müvafiq texniki sazlama işləri yekunlaşdırdıqdan sonra UBER və s. kimi qeyri-rezidentlərə məxsus taksi şirkətlərində elektron ticarət qaydasında aparılan kart ödənişlərindən ƏDV tutulsun.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə