Taksimdə yeni toqquşmalar başlayıb
21:09 31.05.2014
Arxiv
379
İstanbulun Taksim meydanında yeni toqquşmalar başlayıb.
ANS PRESS-in məlumatına görə, etiraz aksiyaları 2013-cü ilin mayında Taksim meydanında baş vermiş kütləvi etirazların ildönümü ilə əlaqədar keçirilir. Toqquşmalar Ankarada, Adanada və bir sıra başqa şəhərlərdə də baş verib.
İstanbulda asayiş keşikçiləri Taksim meydanı yaxınlığında minlərlə etirazçının qatıldığı aksiyanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək dağıdıb.
Saxlanılan və xəsarət alanlar barədə məlumat verilmir.
Baş nazir Rəcəb Tayip Ərdoğan bundan əvvəl Taksim meydanında kütləvi etirazların ildönümü ilə əlaqədar aksiyaların keçirilməsinə qoyulan qadağanı pozmağa cəhd edənlərin saxlanılacağını bildirib.
Qeyd edək ki, Gəzi hadisələrinin birinci ildönümü təkcə Türkiyədə deyil xarici mətbuatın da diqqətindədir. Beynəlxalq mətbuat agentliklərinin diqqətini hadisələrin ildönümündə meydanda olan polisin coxlüğü çəkib. Avropa mətbuatı "Türk polisi üçün səfərbərlik elan edildi" manşetini verib.
Almaniyanın "Spiegel” jurnalının internet saytında "Ərdoğan nəhəng təhlükəsizlik ordusunu hərəkətə keçirdi” başlıqlı Gəzi hadisələrinin ildönümündə yaşana biləcək hadisələrə qarşı İstanbulda təhlükəsizlik tədbirlərinin keçirildiyi qeyd olunur. Jurnal yazıb: "25 min təhlükəsizlik güvəlləri, 50 təzyiqli su maşını, zirehli maşını ilə Türkiyə baş naziri Ərdoğan Gəzi hadisələrinin birinci ildönümü etirazlarının qarşısını almaga çalışır".
CNN International "CNN müxbiri canlı yayında saxlanıldı. Türkyə polisi CNN müxbiri Ivan Vatsonun canlı yayım zamanı pasaportunu təqdim etməsini istədi" yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiflənsə də yeyilə bilən qidalar hansılardır?
23:57 27.06.2026
Sağlamlıq
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə