Tam 43 il gözlədi: Avtomobilinə qovuşan qadın sükana sarılaraq ağladı

ABŞ-da günün ən çox danışılan hadisələrindən biri- oğurlandıqdan tam 43 il sonra "Corvette” markalı avtomobilinə qovuşan qadın oldu. Terry Dietrich avtomobilinə qovuşduğu zaman sükana sarılaraq ağladı.
Terry Dietrichin hələ 19 yaşındaykən aldığı 1972-ci ilin modeli olan "Chevrolet Corvette” istifadə etdikdən 6 ay sonra oğurlandı və 43 il sonra Şimal Karolinada bir avtomobil təmirçisində tapıldı. Dietrich avtomobilini sığortayla zəmanət altına almış və 1972-ci ildə avtomobilinin əvəzini sığorta şirkəti geri ödəmişdi. Qadının köməyinə 1972-ci ildə sığortanı edən Jim Dykstra çatdı və edilməsi lazım olan qanuni əməliyyatların ardından avtomobil əsl sahibinə təslim edildi.