Tanınmış rus hərbi ekspert Oleq Kuznetsov: "Azərbaycan Hərbi Qüvvələrini tam qələbə münaibəti ilə təbrik etmək olar"



İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay facebook səhifəsində aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağda gedən döyüşlər barədə tanınmış Rusiyalı  hərbi ekspert Oleq Kuznetsovun fikirlərini yayıb.

"Hücum döyüşü möveyini nəzərə alsaq, məhv edilmiş erməni texnikasının sayına baxanda Azərbaycan hərbi qüvvələrinin itkisi çox azdır. Onlar tərəfdə (ermənilər) minus-piyada rotası, iki tank "vzvodı", dörd artilleriya batareyası məhv edilib.
Şübhəm yoxdur ki, sabah qənimətlər siyahısında silahların nömrələri və öldürülmüş erməni hərbçilərinin sənədləri göstəriləcək. Yalnız bir neçə meyiti gizlətmək olar, hansıları ki, döyüşün əvvəlində arxaya aparıblar, o də çətin. Ancaq, hərb sənətinə görə əslində hücum edən tərəf 3 qat itki verməlidir, nəinki müdafiə olunan. Bəli, Ermənistan HQ-nin döyüş hazırlığı səviyyəsi mağara həddindədir. Qondarma DQR özünümüdafiə ordusu adlanan, əslində isə Ermənistan işğal ordusu dünənin (köhnə) təşkili formasındadır, hansı ki, Ukraynanın Donbassdakı hərbi qüvvələrini xatırladır və batalyondan yuxarı idarəçiliyi yoxdur. Belə ki, Azərbaycan Hərbi Qüvvələrini tam qələbə ilə təbrik etmək olar".