Tatarıstandakı dəhşətli qəzada ölənlər arasında azərbaycanlı da olub




Tatarstanda baş verən dəhşətli yol qəzasında ölənlər arasında azərbaycanlı da var. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu Əliyev Əli Veyis oğludur. O, Samaradan yaşadığı İşevsk şəhərinə gedirmiş.
***
Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 12 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə müvafiq qurumlardakı mənbə bildirib.
Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.
****** 05.22
Tatarıstanda salonunda 27 sərnişinin olduğu avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.
Hadisə yerində istintaq qrupu çalışır, hadisənin səbəbləri araşdırılır.