Taxıl istehsalının həcmi kifayət qədərdir

Rusiyada hazırkı taxıl istehsalının həcmi emal müəssisələrinin tələbatını  və vətəndaşların ehtiyaclarını ödəməyə imkan verir.
“Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli Kənd təsərrüfatı Nazirliyi məlumat verib. 
 Həmçinin bildirilib ki, Rusiyada qarabaşaq yarması ilin əvvəlindən bəri bahalaşır. Bu tendensiya mart ayının əvvəlindən etibarən müşahidə olunur.